Bu ilin yanvar ayında ölkədə 21,2 milyon manat dəyərində mebel istehsal edilib.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, bir il öncəki müvafiq göstəricini 40,5 faiz və ya 8,59 milyon manat üstələyir.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə cari ilin ilk ayında ölkəyə 10,18 milyon ABŞ dolları dəyərində mebel və onun hissələri idxal olunub ki, bu da 2023-cü ilin eyni dövrünün göstəricisini 12 faiz və ya 1,09 milyon dollar üstələyir.
Qeyd edək ki, bu ilin yanvar ayında bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,89 faizə bərabər olub.