Kənd təsərrüfatı məhsullarının istehsalı artıb

2024.02.16 12:45 (UTC+04:00)

2024-cü ilin yanvar ayı üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 491,2 milyon manat təşkil edib ki, onun da 468,5 milyon manatı heyvandarlıq, 22,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə kənd təsərrüfatının istehsalı 1,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,2 faiz, bitkiçilik məhsulları üzrə 0,8 faiz artıb.

2024-cü ilin yanvar ayında quş əti də daxil olmaqla diri çəkidə 46,3 min ton ət, 160,7 min ton süd, 188,3 milyon ədəd yumurta istehsal edilib, 2023-cü ilin müvafiq ayına nisbətən ət istehsalı 1,5 faiz, yumurta istehsalı 3,4 faiz artıb, süd istehsalı isə eyni səviyyədə olub.