Sənayenin inkişafına və ixrac fəaliyyətinin genişləndirilməsinə töhfə verən daxildə emal xüsusi #gömrük prosedurunun tətbiqi müsbət nəticələr verir. Bu sahədə müvafiq qaydaların təkmilləşdirilməsi və sadələşdirilməsi nəticəsində ötən il 2022-ci illə müqayisədə ixrac məqsədilə daxildə emal üçün idxal edilən malların dəyərində 85%, prosedurdan istifadə edən şirkətlərin sayında isə 77% artım müşahidə edilib.
Bu barədə iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat paylaşıb.