İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə işə qəbul üzrə test imtahanlarında iştirak edən qadın namizədlərin sayı 17 faiz artıb.
Bunu “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” mövzusunda keçirilən forumda DVX-nin Baş idarə rəisi Aytən Kərimova deyib. Onun sözlərinə görə, 2022-ci ildə test imtahanlarında iştirak edən qadınların sayı 565 nəfər olub. 2023-cü ildə isə bu say 661-ə yüksəlib.
A.Kərimova əlavə edib ki, 2022-ci ildən əməkdaşların fəaliyyətinin sırf əsas fəaliyyət göstəriciləri əsasında qiymətləndirilməsinə başlanılıb. Bu proses çərçivəsində əməkdaşlar mükafatlandırılır: “Biz fəaliyyətin qiymətləndirilməsinin nəticələrini karyera yüksəlişində aktiv tətbiq etməyə çalışırıq”.