“Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” mövzusunda forum keçirilir

2024.02.15 12:47 (UTC+04:00)

“Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” mövzusunda keçirilən Forumda iqtisadi tənzimləmədə vergi orqanlarının artan rolu, biznes mühitinin inkişaf prioritetləri, sahibkarların büdcə gəlirlərinin formalaşmasında və dövlət-biznes münasibətlərinin şəffaf müstəvidə qurulmasında fəal iştirakı və vergi inzibatçılığı üçün yeni çağırışlar barədə fikirlərimizi bölüşdük.

Bu barədə iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat paylaşıb.