“Ötən dövrdə vergi sahəsində çox mütərəqqi addımlar atılıb, amma zaman keçdikcə vergi inzibatçılığının prioritetləri dəqiqləşdirilməlidir”.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müşaviri, Baş idarə rəisi Elçin Məmmədov “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” mövzusunda keçirilən forumda deyib.
Onun sözlərinə görə, indiyədək vergi ödəyicilərinə çox vacib xidmətlər təklif edilib: “Artıq növbəti addımı atmağın vaxtı gəlib. Müasir dövrdə vergi inzibatçılığında çox geniş yayıllmış müştəriyönümlülük sahəsində istifadəçilərin sınaq laboratoriyaları tətbiq olunur. Bu sınaq laboratoriyaları bizim başa düşdüyümüz laboratoriya deyil. Biz vergi ödəyiciləri ilə birlikdə düzgün diaqnoz qoyuruq ki, bu xidmət nə dərəcədə vacibdir”.