Ələt Azad İqtisadi Zonasında mövcud əlverişli şərait, təklif olunan güzəştlər investorların İqtisadi zonaya marağını artırır. İnnovativ texnologiyalarla yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etmək məqsədilə yaradılmış Ələt Azad İqtisadi Zonası ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə verəcək.
Bu barədə iqtisadiyyat naziri s.i.e. Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında paylaşım edib.
"Ələt Azad İqtisadi Zonası ilə bağlı yaradılmış İşçi Qrupun I iclasında həmkarlarla birlikdə İqtisadi Zonanın inkişaf perspektivlərinə və Yol Xəritəsinin hazırlanmasına dair müzakirələr apardıq", - nazir əlavə edib.