Yanvarda büdcənin icrasında ÜDM-in 19,1 faizi qədər profisit yaranıb

2024.02.14 16:28 (UTC+04:00)

2024-cü ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri 3465,9 milyon manat, xərcləri 1723,7 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, büdcənin icrasında 1742,2 milyon manatlıq və ya ümumi daxili məhsulun 19,1 faizi qədər profisit yaranıb.

AZƏRTAC