İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) və Qazaxıstan Respublikasının “DAMU” Sahibkarlığın İnkişafı Fondu arasında onlayn görüş keçirilib.
SİF-dən verilən məlumata görə, görüşdə Fondun ətraf mühit, sosial və idarəetmə istiqamətləri üzrə fəaliyyəti təqdim edilib, yaşıl layihələrin maliyyələşdirilməsi istiqamətində görülən işlərə toxunulub. Həmçinin Qazaxıstan Respublikasının “DAMU” Sahibkarlığın İnkişafı Fondunun bu istiqamət üzrə təcrübəsi öyrənilib. Bununla yanaşı, yaşıl layihələrin maliyyələşdirilməsi ilə bağlı qurumlar arasında təcrübə mübadiləsi imkanları müzakirə edilib.
Qeyd edək ki, 2019-cu ildən etibarən SİF-lə əməkdaşlıq edən “DAMU” Sahibkarlığın İnkişafı Fondu Qazaxıstanda KOB subyektlərinin iqtisadi inkişafını stimullaşdırmaq, onları dəstəkləmək üçün dövlətin maliyyə vəsaitlərindən effektiv istifadəni artırmaq məqsədilə fəaliyyət göstərir.