Macarıstana məhsul ixracı 2 dəfə artıb

2024.02.14 15:20 (UTC+04:00)

2023-cü il ərzində Azərbaycanın Macarıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilə nisbətdə 2,1 faiz və ya 1,01 milyon ABŞ dolları artaraq 48,4 milyon dolları üstələyib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən il Azərbaycandan Macarıstana 4,79 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 2 dəfə və ya 2,47 milyon dollar çoxdur.

Macarıstandan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 3,2 faiz və ya 1,45 milyon dollar azalaraq 43,6 milyon dollar təşkil edib.

2023-cü ilin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Macarıstanla ticarətin payı 0,09 faiz təşkil edib ki, bu da bir il öncəki eyni göstəricini 0,01 faiz bəndi üstələyir.