Bakı hava limanında beynəlxalq marşrutlar üzrə sərnişin axını 40 faizədək artıb

2024.02.13 16:38 (UTC+04:00)

Bu ilin yanvar ayında Bakı hava limanının beynəlxalq istiqamətləri üzrə 437 mindən çox sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39 faiz artım deməkdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun məlumatına görə, həmin dövrdə 313 min sərnişinə xidmət göstərilib.

Yanvarda 15-i aşağı büdcəli (loukoster) olmaqla, 36 aviaşirkət 4225 reys həyata keçirib. Beynəlxalq istiqamətlər üzrə sərnişin daşımalarının 50,8 faizi xarici aviaşirkətlərin, qalan hissəsi isə milli aviadaşıyıcının payına düşüb. Xarici aviaşirkətlər 222 mindən çox, “Azərbaycan Hava Yolları” isə 215 min sərnişinə xidmət göstərib. Naxçıvan istiqamətində 47 minə yaxın sərnişin daşınıb. Bununla yanaşı, ötən ilin yanvar ayı ilə müqayisədə tranzit sərnişinlərin sayı 56 faiz artaraq 21 min nəfər təşkil edib.