2023-cü il ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlakçıların 2861 müraciəti təmin olunub.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Dövlət Xidmətinin məlumatına istinadən xəbər verir ki, ötən il təmin olunan müraciətlər üzrə 618 304 min manat vəsait sahibkarlar tərəfindən istehlakçılara geri qaytarılıb ki, bu da 2022-ci illə müqayisədə 83 faiz çoxdur.