Bu ilin yanvar ayında Azərbaycanın qaz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz artaraq 2,3 milyard kubmetr təşkil edib. "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir ki, ixracın 48 faizi (1,1 milyard kubmetri) Avropanın, 35 faizi (0,8 milyard kubmetri) Türkiyənin, 17 faizi (0,4 milyard kubmetri) isə Gürcüstanın payına düşüb.
Hesabat dövründə TANAP Türkiyəni 0,4 milyard kubmetr qazla təchiz edib.