2023-cü il ərzində Azərbaycanın Qırğızıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilə nisbətdə 6 dəfə və ya 54,1 milyon ABŞ dolları artaraq 64,9 milyon dolları üstələyib.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən il Azərbaycandan Qırğızıstana 59,3 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 12,5 dəfə və ya 54,6 milyon dollar çoxdur.
Qırğızıstandan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 7,1 faiz və ya 433,46 min dollar azalaraq 5,64 milyon dollar təşkil edib.
2023-cü ilin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Qırğızıstanla ticarətin payı 0,12 faiz təşkil edib ki, bu da bir il öncəki eyni göstəricini 0,1 faiz bəndi üstələyir.