11 fevral – Azərbaycanın vergi xidməti işçilərinin peşə bayramıdır

2024.02.11 09:23 (UTC+04:00)

11 fevral – Azərbaycanın vergi xidməti işçilərinin peşə bayramıdır.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında paylaşım edib.

Paylaşımda deyilir: "Dövlətimizin vergi orqanları vəzifə öhdəliklərini məsuliyyətlə yerinə yetirərək biznes mühitinin təkmilləşməsi, dövlət-biznes tərəfdaşlığının təşviqi və iqtisadi təhlükəsizliyin təminatında əhəmiyyətli rol oynayırlar.

Şəffaflığın və vergi mədəniyyətinin yüksəldilməsi ilə səciyyələnən vergi daxilolmalarının davamlı artımı maliyyə sabitliyinə, sosial layihələrin icrasına və vətəndaşların rifahına mühüm töhfələr verir. Bu əlamətdar gündə bütün vergi işçilərinə peşə bayramı münasibətilə təbriklərimizi çatdıraraq işlərində uğurlar və nailiyyətlər arzulayır, ölkəmizin mənafelərinə sadiqliyi və fədakar əməyi üçün təşəkkürümüzü bildiririk".