Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12, I kitab, maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2, I kitab, maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12, I kitab, maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7, I kitab, maddələr 1414, 1427; Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1246-VQD, 1250-VQD nömrəli və 30 oktyabr 1293-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 1.4-cü maddə əlavə edilsin:
"1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.";
1.2. 13-cü maddə üzrə:
1.2.1. 13.2.7.2-ci maddədə "və övladlığa götürülmüş şəxslər" sözləri ", övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər, babalar, nənələr və nəvələr" sözləri ilə əvəz edilsin;
1.2.2. 13.2.15-ci maddənin birinci abzasına "bölüşdürülməsi" sözündən sonra ", o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması” sözləri, ikinci abzasına "gəlir" sözündən sonra "(bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla)" sözləri və "dəyəri" sözündən sonra "(bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla)" sözləri əlavə edilsin;
1.2.3. 13.2.16.14-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"13.2.16.14-1. bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər. Bu maddənin məqsədləri üçün alınmış borclar üzrə qaytarılan borcun əsas məbləği (faizlər nəzərə alınmadan) Azərbaycan mənbəyindən gəlirə aid edilmir. Bu maddənin müddəaları rezident banklar tərəfindən açılan müxbir hesablara aid edilmir;";
1.2.4. 13.2.65-ci maddə aşağıdakı redaksiyada verilsin:
"13.2.65. transfer qiyməti – bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər arasında aparılan əməliyyatlar zamanı müəyyən edilən və müstəqil şəxslər arasında eyni şərtlər daxilində həyata keçirilən müqayisə edilə bilən əməliyyatlarda təsbit olunan qiymətlərə uyğun olmalı qiymət;";
1.2.5. 13.2.71-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 13.2.72-ci – 13.2.80-ci maddələr əlavə edilsin:
"13.2.72. elektron kabinet – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifə;
13.2.73. iqtisadi maraqlar mərkəzi – vergi ödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergi ödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox iştirak edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yer;
13.2.74. kapital – aktivlərdən bütün öhdəliklər çıxıldıqdan sonra vergi ödəyicisinin xalis aktivlərinin dəyəri;
13.2.75. məcburi nişanlama – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara tətbiq olunan məcburi nişanlama kodu və digər qoruyucu elementlər;
13.2.76. aksiz markası – aksizli malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara kağız daşıyıcıda yapışdırılan nəzarət markası;
13.2.77. innovasiya fəaliyyəti – iqtisadi və ya sosial səmərə əldə etmək məqsədi ilə elmi-tədqiqat və təcrübə-konstruktor işləri və onların nəticələrinin tətbiqi əsasında yeni və ya təkmilləşdirilmiş mal (iş, xidmət), texnoloji proses yaradılmasına və yerinə yetirilməsinə istiqamətlənmiş fəaliyyət;
13.2.78. KOB klaster şirkəti – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) KOB klaster şirkətinin şəhadətnaməsi verdiyi hüquqi şəxs;
13.2.79. KOB klasterinin iştirakçısı – KOB klasterində fəaliyyət göstərmək üçün KOB klaster şirkəti ilə müqavilə bağlamış, mikro, kiçik və orta sahibkarlıq subyekti olan və mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən KOB klasterinin iştirakçısı şəhadətnaməsi verilmiş hüquqi və ya fiziki şəxs;
13.2.80. startap – innovativ təşəbbüsə əsaslanaraq həyata keçirilən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Startap” şəhadətnaməsi verilmiş şəxslərin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti.";
1.3. 13.2.62-ci (birinci halda), 13.2.63-cü, 16.1.11-7-ci (birinci halda), 50.1.13-cü (birinci halda) və 176.4-cü (birinci halda) maddələrdən "qaimə-faktura və ya" sözləri çıxarılsın;
1.4. 14-cü maddə üzrə:
1.4.1. 14.3-cü maddədə "Bazar" sözü "Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar” sözləri ilə əvəz edilsin;
1.4.2. 14.3.3-cü və 14.3.5-ci maddələr aşağıdakı redaksiyada verilsin:
"14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə;";
"14.3.5. daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda;";
1.5. 14-1-ci maddə üzrə:
1.5.1. 14-1.2.2-ci maddəyə “bölməsi” sözündən sonra “, həmin qeyri-rezidentlə qarşılıqlı asılı olan və başqa dövlətdə yerləşən hər hansı digər şəxs” sözləri əlavə edilsin;
1.5.2. 14-1.4-cü maddədə "qiymətləri yalnız bu Məcəllənin 16.1.4-cü maddəsi ilə müəyyən edilən həddən yuxarı olan əməliyyatlara tətbiq edilir və" sözləri "qiymətlərinin tətbiqi nəticəsində yaranmış fərq" sözləri ilə əvəz edilsin;
1.6. 16-cı maddə üzrə:
1.6.1. 16.1.3-cü maddəyə "(xərclərinin)" sözündən sonra", o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin)" sözləri əlavə edilsin;
1.6.2. aşağıdakı məzmunda 16.1.3-1-ci maddə əlavə edilsin:
"16.1.3-1. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək;";
1.6.3. 16.1.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
"16.1.4. vergi orqanlarına bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə auditor rəyi əlavə edilməklə, vergi hesabatını, habelə bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən hər bir şəxs üzrə transfer qiymətləri əsas götürülməklə ümumi dəyəri 500.000 manatdan artıq olan əməliyyatlara dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətlərdə arayışı təqdim etmək;";
1.6.4. 16.1.8-ci maddəyə "hesablaşmalarını" sözündən sonra "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş" sözləri əlavə edilsin;
1.6.5. 16.1.11-3-cü maddəyə "məlumatları" sözündən sonra "elektron və (və ya) kağız daşıyıcılarda" sözləri əlavə edilsin;
1.6.6. 16.1.11-6-cı maddə aşağıdakı redaksiyada verilsin:
"16.1.11-6. aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək:
16.1.11-6.1. bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi;
16.1.11-6.2. dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi;
16.1.11-6.3. notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi;";
1.6.7. aşağıdakı məzmunda 16.1.11-9-cu maddə əlavə edilsin:
"16.1.11-9. məcburi nişanlama ilə nişanlanmalı olan malları məcburi nişanlama ilə nişanlanmaqla almaq, idxal etmək, satış məqsədi ilə saxlamaq və ya satmaq, habelə həmin malların dövriyyəsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydaya riayət etmək;";
1.6.8. aşağıdakı məzmunda 16.6-cı və 16.7-ci maddələr əlavə edilsin:
"16.6. Sığortaçılar və təkrarsığortaçılar tərəfindən hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə məxsus sığortalanmış (təkrarsığortalanmış) əsas vəsaitlər barədə məlumat rüb bitdikdən sonra növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir.
16.7. Kart təşkilatları tərəfindən bu Məcəllənin 165.5-ci maddəsinə uyğun olaraq nağdsız qaydada aparılmış ödənişlər barədə məlumat ay bitdikdən sonra növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir.";
1.7. 22-1-ci maddə üzrə:
1.7.1. adına "sanksiyalarından" sözlərindən sonra "və digər vəsaitlərdən" sözləri əlavə edilsin;
1.7.2. mətninə "məbləğinin" sözündən sonra "və məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışından əldə edilən vəsaitin" sözləri əlavə edilsin, həmin maddənin mətni 22-1.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 22-1.2-ci maddə əlavə edilsin:
"22-1.2. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə vergi orqanları tərəfindən tətbiq edilən və həmin Qanunun 19-cu maddəsində nəzərdə tutulan fonda daxil olan maliyyə sanksiyası məbləğinin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.";
1.8. 23-cü maddə üzrə:
1.8.1. 23.1.13-cü və 23.1.15-4-cü maddələrə "markalanmalı" sözündən sonra "və məcburi nişanlama ilə nişanlanmalı" sözləri əlavə edilsin;
1.8.2. aşağıdakı məzmunda 23.1.13-1-ci maddə əlavə edilsin:
"23.1.13-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarəti həyata keçirmək;";
1.8.3. 23.1.15-ci maddəyə "markalanmış" sözündən sonra ", habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış" sözləri əlavə edilsin;
1.9. 24-cü maddə üzrə:
1.9.1. aşağıdakı məzmunda 24.0.2-2-ci maddə əlavə edilsin:
"24.0.2-2. vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq;";
1.9.2. 24.0.6-cı maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Nəzarət-kassa aparatlarının elektron uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir;";
1.9.3. 24.0.7-1-ci maddədə "və texniki avadanlıqlarla" sözləri "ilə" sözü ilə əvəz edilsin;
1.9.4. 24.0.7-2-ci maddədə “və texniki avadanlıqla” sözləri “ilə” sözü ilə əvəz edilsin;
1.10. aşağıdakı məzmunda 26.2-1-ci maddə əlavə edilsin:
"26.2-1. Vergi orqanlarının vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onun informasiya resurslarında olan məlumatları rüb bitdikdən sonra növbəti rübün birinci ayının sonunadək qanunla və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş hədlərdə elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.";
1.11. 30-cu maddə üzrə:
1.11.1. 30.6.3-cü maddədə "inzibati xətalar və ya vergi qanunvericiliyinin cinayət tərkibli pozuntuları ilə bağlı işlərə baxılma ilə əlaqədar" sözləri "ədalət mühakiməsinin həyata keçirilməsi məqsədi ilə" sözləri ilə əvəz edilsin;
1.11.2. 30.6.7-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 30.6.8-ci – 30.6.10-cu maddələr əlavə edilsin:
"30.6.8. büdcə sistemi haqqında qanunvericiliyin tətbiq edilməsi məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma);
30.6.9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında ipoteka kreditləşməsi və sahibkarların aldıqları kreditlərə təminat verilməsi üçün zəruri olan hədlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma);
30.6.10. "Kredit büroları haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci və 6.2-ci maddələrində nəzərdə tutulmuş fəaliyyətin həyata keçirilməsi üçün kredit bürolarına.";
1.12. 33.2-ci maddənin birinci abzasında "Vergi ödəyicisinin" sözləri "Bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin" sözləri ilə əvəz edilsin;
1.13. aşağıdakı məzmunda 33.10-cu maddə əlavə edilsin:
"33.10. Vergi orqanı bu Məcəlləyə uyğun olaraq vergi ödəyicilərini uçota aldıqdan sonra 1 iş günü müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron formada məlumat verir.";
1.14. 34-cü maddə üzrə:
1.14.1. 34.2-ci maddənin birinci abzasının birinci cümləsində "keçirməli" sözü "keçirir" sözü ilə və "şəhadətnamə verməlidir" sözləri "şəhadətnaməni elektron formada göndərir" sözləri ilə əvəz edilsin;
1.14.2. aşağıdakı məzmunda 34.2-1-ci maddə əlavə edilsin:
"34.2-1. Vergi ödəyicisi tərəfindən şəhadətnamənin kağız daşıyıcıda da verilməsi ərizədə qeyd olunduğu halda müvafiq şəhadətnamə kağız daşıyıcıda da verilir.";
1.14.3. aşağıdakı məzmunda 34.3-1-ci maddə əlavə edilsin:
"34.3-1. Vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin olduğu yerdən kənarda olduqda vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır. Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır.
Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Bu maddənin müddəaları mərkəzləşdirilmiş qaydada uçota alınan vergi ödəyicilərinə şamil edilmir.";
1.14.4. 34.7.2-ci maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:
"Vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin uçot məlumatlarından fərqli məlumatlar əldə olunarsa, bu barədə vergi ödəyicisinə bildiriş göndərilir. Bildiriş göndərildikdən 5 iş günü müddətində vergi ödəyicisi dəyişikliklərə dair ərizə təqdim etməzsə, uçot məlumatlarında dəyişikliklər vergi orqanı tərəfindən aparılır və bu barədə 3 iş günü müddətində vergi ödəyicisinə məlumat verilir.";
1.15. 36.3-cü maddədən ", yol" sözü çıxarılsın;
1.16. 38-ci maddə üzrə:
1.16.1. 38.5-ci maddədə "müvafiq icra hakimiyyəti" sözləri "vergi” sözü ilə əvəz edilsin;
1.16.2. 38.5.3-cü maddədə "mallar” sözü ", məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış mallar, habelə markalanmalı olan, lakin markalanmamış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və videomateriallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları" sözləri ilə əvəz edilsin;
1.16.3. 38.7.2-ci maddədə "şəxs" sözündən sonra “və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs" sözləri əlavə edilsin;
1.17. 43-cü maddə üzrə:
1.17.1. 43.1-ci maddədə "yalnız səyyar vergi yoxlanılması" sözləri “səyyar vergi yoxlaması və operativ vergi nəzarəti" sözləri ilə əvəz edilsin;
1.17.2. 43.2.1.4-cü maddədə "malların" sözü ", məcburi nişanlama ilə nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların, habelə markalanmalı olan, lakin markalanmamış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının” sözləri ilə əvəz edilsin;
1.17.3. 43.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
"43.4. Sənədlər və nümunə kimi əşyalar vergi ödəyicisinin iş vaxtı (faktiki iş vaxtı) ərzində götürülür.";
1.18. 49-cu maddə üzrə:
1.18.1. 49.1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 49.1.4-cü – 49.1.6-cı maddələr əlavə edilsin:
"49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması;
49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi;
49.1.6. yeni qərarın qəbul edilməsi.";
1.18.2. aşağıdakı məzmunda 49.1-1-ci maddə əlavə edilsin:
"49.1-1. Bu Məcəllənin 49.1.4-cü – 49.1.6-cı maddələrinin müddəaları bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş əsas üzrə keçirilən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qəbul olunan qərarlara münasibətdə tətbiq edilir.";
1.19. 50-ci maddə üzrə:
1.19.1. 50.1.2-ci və 50.1.9-cu maddələrə “markalanmalı” sözündən sonra “və məcburi nişanlama ilə nişanlanmalı” sözləri əlavə edilsin;
1.19.2. aşağıdakı məzmunda 50.1.2-1-ci maddə əlavə edilsin:
"50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi;";
1.19.3. 50.5-ci maddəyə "markalanmış" sözündən sonra ", habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış" sözləri əlavə edilsin;
1.19.4. 50.8.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
"50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;";
1.19.5. aşağıdakı məzmunda 50.8.9-cu maddə əlavə edilsin:
"50.8.9. malın sürətli məlumat kodu (Quick Response Code).";
1.20. 50-1.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir.";
1.21. aşağıdakı məzmunda 50-2-ci maddə əlavə edilsin:
"Maddə 50-2. Məcburi nişanlama ilə nişanlanmalı olan mallar üzərində nəzarət
50-2.1. Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısı, həmin mallara məcburi nişanlamanın tətbiqi, vergi ödəyicilərinə verilməsi və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
50-2.2. Məcburi nişanlamanın hazırlanması, onların vergi ödəyicilərinə verilməsi və uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir.
50-2.3. Məcburi nişanlama ilə nişanlanmalı olan malları məcburi nişanlama ilə nişanlanmadan idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır.
50-2.4. Məcburi nişanlamanın verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.";
1.22. 57-ci maddə üzrə:
1.22.1. 57.1-ci maddədə "Vergi hesabatını" sözləri "Bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını” sözləri ilə əvəz edilsin;
1.22.2. aşağıdakı məzmunda 57.1-1-ci maddə əlavə edilsin:
"57.1-1. Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərə və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinə "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinin dördüncü və beşinci abzaslarında nəzərdə tutulan hesabatı və arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməməyə görə – təqvim ili ərzində belə hallara birinci dəfə yol verdikdə minimum aylıq əməkhaqqının 3 faizi, iki və daha çox dəfə yol verdikdə 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.";
1.22.3. 57.3-cü maddədə "100" rəqəmləri "1000" rəqəmləri ilə əvəz edilsin;
1.22.4. 57.4-cü maddədə "təqdim etməyən" sözlərindən sonra "və ya arayışda düzgün olmayan məlumatlar göstərən" sözləri əlavə edilsin;
1.23. 58-ci maddə üzrə:
1.23.1. 58.1-ci maddəyə "vergi ödəyicisinə" sözlərindən sonra "(bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla)" sözləri əlavə edilsin;
1.23.2. aşağıdakı məzmunda 58.1-1-ci maddə əlavə edilsin:
"58.1-1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılması, habelə büdcəyə çatası vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılması vergi ödəyicilərinin vergi orqanına elektron formada təqdim etdikləri məlumatlar əsasında aşkar edildikdə, həmin vergi ödəyicilərinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 25 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.";
1.23.3. 58.7.1-ci maddədə "400 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 2000" sözləri "1000" rəqəmləri ilə əvəz edilsin;
1.23.4. 58.7.2-ci maddədə "800 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 4000" sözləri "3000" rəqəmləri ilə əvəz edilsin;
1.23.5. 58.7.3-cü maddədən "1200 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə" sözləri çıxarılsın;
1.23.6. 58.8-ci maddə aşağıdakı redaksiyada verilsin:
"58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda:
58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir;
58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında;
58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında.";
1.23.7. 58.9-cu maddəyə "markalanmamasına” sözündən sonra “və ya məcburi nişanlama ilə nişanlanmamasına” sözləri və “aksiz markalarının" sözlərindən sonra "və məcburi nişanlamanın" sözləri əlavə edilsin;
1.23.8. 58.10-cu maddədə “1000” ədədi "təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000" sözləri ilə əvəz edilsin;
1.23.9. aşağıdakı məzmunda 58.13-cü – 58.16-cı maddələr əlavə edilsin:
"58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
58.14. Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin malların bazar qiyməti ilə dəyərinin 1 misli, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə 2 misli məbləğində maliyyə sanksiyası tətbiq edilir.
58.15. Bu Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
58.16. Bu Məcəllənin 58.8.2-ci maddəsinin məqsədləri üçün malların dəyəri dedikdə həmin malların alış qiyməti, malların alış qiymətini müəyyən etmək mümkün olmadığı halda isə topdansatış bazar qiyməti nəzərdə tutulur.";
1.24. 59.3-cü maddənin ikinci abzasında “(bu Məcəllənin 179.1-ci və 179.2-ci maddələri ilə müəyyən edilən hallarda 20 gün ərzində)” sözləri “(bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində)” sözləri ilə əvəz edilsin;
1.25. 60-cı maddə üzrə:
1.25.1. 60.3.1-ci maddədə "100" rəqəmləri "500" rəqəmləri ilə əvəz edilsin;
1.25.2. 60.3.2-ci maddədə "1000" rəqəmləri "10000" rəqəmləri ilə əvəz edilsin;
1.25.3. 60.3.4-cü maddədə "100" rəqəmləri "1000" rəqəmləri ilə əvəz edilsin;
1.26. 65-ci maddə üzrə:
1.26.1. 65.2.1.2-ci maddəyə "məhkəməyə" sözündən sonra "və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)" sözləri əlavə edilsin;
1.26.2. 65.2.1.3-cü maddəyə "qərarı" sözündən sonra "və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı" sözləri əlavə edilsin;
1.26.3. 65.2.2-ci maddəyə "məhkəməyə" sözündən sonra "və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)" sözləri və "qərarına" sözündən sonra isə "və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına" sözləri əlavə edilsin;
1.26.4. aşağıdakı məzmunda 65.2.3-1-ci – 65.2.3-3-cü maddələr əlavə edilsin:
"65.2.3-1. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir.
65.2.3-2. Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə vergi orqanı tərəfindən ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir.
65.2.3-3. Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə bu Məcəllənin 65.2.3-1-ci maddəsinə uyğun olaraq dondurulmuş ƏDV depozit hesabından ƏDV üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcların alınması məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qəbul edilmiş qərara uyğun həyata keçirilir.";
1.26.5. aşağıdakı məzmunda 65.7-1-ci maddə əlavə edilsin:
"65.7-1. Vergi ödəyicisi tərəfindən onun bank hesabında xarici valyutada olan pul vəsaiti hesaba vergi orqanının sərəncamı daxil olduğu gündən 10 bank günü ərzində konvertasiya edilmədikdə, növbəti iş günü ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnə ilə xarici valyutada olan dondurulmuş pul vəsaiti bank tərəfindən konvertasiya edilməklə sərəncam icra edilir. Bankın xarici valyutanın konvertasiya edilməsinə kifayət edəcək məbləğdə milli valyutası olmadıqda konvertasiya əməliyyatı mövcud olan milli valyutaya uyğun həyata keçirilməklə sərəncam icra edilir və hər dəfə bankın hesabına milli valyuta daxil olduqca icra edilir.";
1.27. aşağıdakı məzmunda 67.15-ci maddə əlavə edilsin:
"67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır.";
1.28. aşağıdakı məzmunda 67-2.4-cü maddə əlavə edilsin:
"67-2.4. İnvestisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ investisiya edilmədikdə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada nəzərdə tutulan hallarda investisiya təşviqi sənədi ləğv edildikdə, vergilər üzrə faizlərin ödənilməsi istisna olmaqla, investisiya layihəsinin icrasına başlandığı tarixdən etibarən bu Məcəllə ilə müəyyən edilmiş vergi azadolmaları tətbiq edilən gəlirlər və əməliyyatlar üzrə vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi investisiya təşviqi sənədi verilmiş şəxslər tərəfindən yerinə yetirilir. Bu zaman yenidən hesablanmalı vergilərin məbləği investisiya təşviqi sənədinin ləğv edildiyi hesabat dövründə və ya vergi nəzarəti zamanı bu hal aşkar edildiyi halda yoxlama ilə əhatə edilən sonuncu hesabat dövründə həyata keçirilir.";
1.29. 69-cu maddənin mətni 69.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 69.2-ci maddə əlavə edilsin:
"69.2. Xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir. Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir.";
1.30. 70-ci maddə üzrə:
1.30.1. 70.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur.";
1.30.2. aşağıdakı məzmunda 70.2-1-ci – 70.2-3-cü maddələr əlavə edilsin:
"70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır:
70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün;
70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra;
70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra.
70.2-2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir.
70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur.";
1.31. 76.1-ci maddəyə "nəzarəti zamanı" sözlərindən sonra "və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanları ilə məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə" sözləri və "həmin bankın" sözlərindən sonra "və ya kredit təşkilatının" sözləri əlavə edilsin;
1.32. aşağıdakı məzmunda 85.5-1-ci və 85.5-2-ci maddələr əlavə edilsin:
"85.5-1. Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir.
85.5-2. Vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir.";
1.33. 89-cu maddə üzrə:
1.33.1. 89.13.1-ci maddəyə (hər iki halda), 89.13.7-ci və 89.13.8-ci maddələrə "markalanmış" sözündən sonra ", habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış" sözləri əlavə edilsin;
1.33.2. 89.13.2-ci maddəyə "markalanmaqla" sözündən sonra ", habelə məcburi nişanlama ilə nişanlanmalı olan malların məcburi nişanlama ilə nişanlanmadan və ya saxta məcburi nişanlama ilə nişanlanmaqla" sözləri və “malların (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının)" sözlərindən sonra ", habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların "sözləri əlavə edilsin;
1.33.3. 89.13.3-cü və 89.13.4-cü maddələrə "malların (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının)" sözlərindən sonra “, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların” sözləri əlavə edilsin;
1.33.4. 89.13.5-ci maddə ləğv edilsin;
1.33.5. 89.13.6-cı maddədə ", siyahının və protokolun" sözləri "və siyahının" sözləri ilə əvəz edilsin;
1.33.6. 89.14.8-ci maddədə "müvafiq olaraq bu məcəlləyə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə" sözləri “bu Məcəlləyə" sözləri ilə əvəz edilsin;
1.34. aşağıdakı məzmunda 96.5-ci maddə əlavə edilsin:
"96.5. Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.";
1.35. 98.2.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 98.2.7-ci maddə əlavə edilsin:
"98.2.7. işəgötürən tərəfindən işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada geri qaytarılmadıqda – həmin vəsaitin məbləği.";
1.36. 101-ci maddə üzrə:
1.36.1. 101.1-ci maddənin birinci abzası aşağıdakı redaksiyada verilsin:
"Bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun tutulur:";
1.36.2. 101.1-ci maddənin 1-ci cədvəldən sonrakı ikinci və üçüncü abzasları ləğv edilsin;
1.36.3. aşağıdakı məzmunda 101.1-1-ci – 101.1-4-cü maddələr əlavə edilsin:
"101.1-1. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:
2-ci cədvəl
Vergiyə cəlb edilən aylıq gəlir | Verginin dərəcəsi |
8000 manatadək | 0 faiz |
8000 manatdan çox olduqda |
8000 manatdan çox olan məbləğin 14 faizi |
101.1-2. İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.
101.1-3. Fiziki şəxslərin bu Məcəllənin 150.1.1-ci və 150.1.2-ci maddələrinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunan gəlirlərindən vergi bu Məcəllənin 101.1-ci və 101.1-1-ci maddələrində nəzərdə tutulan dərəcələrə uyğun olaraq hesablanır və aidiyyəti üzrə ödənilir. Bu Məcəllənin 150.1.3-cü və 150.1.7-ci maddələri tətbiq edilərkən gəlir vergisi bu Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulan verginin dərəcəsi müvafiq olaraq pensiya alan və xidməti göstərən şəxsin gəlirlərinə tətbiq edilməklə hesablanır.
101.1-4. Bu Məcəllənin məqsədləri üçün neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.";
1.36.4. 101.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"101.2. Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur.";
1.36.5. aşağıdakı məzmunda 101.6-cı maddə əlavə edilsin:
"101.6. Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.";
1.37. 102-ci maddə üzrə:
1.37.1. 102.1.6-cı maddədə "ölkə üzrə yaşayış minimumunun 1 misli" sözləri “200 manat” sözləri ilə, "ölkə üzrə yaşayış minimumunun 12 misli" sözləri "2400 manat" sözləri ilə əvəz edilsin;
1.37.2. 102.1.8-ci maddədə "pensiya sığortası üzrə işəgötürənin" sözlərindən sonra "sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən" sözləri əlavə edilsin;
1.37.3. 102.1.17-ci maddədə "maliyyə bazarlarına nəzarət orqanının" sözləri "dövlətin adından yaradılan publik hüquqi şəxslərin" sözləri ilə əvəz edilsin;
1.37.4. aşağıdakı məzmunda 102.1.22-1-ci maddə əlavə edilsin:
"102.1.22-1. Bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri;";
1.37.5. 102.1.23-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.1.24-cü – 102.1.33-cü maddələr əlavə edilsin:
"102.1.24. Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.
Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır;
102.1.25. qanuna uyğun olaraq dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir;
102.1.26. maliyyə bazarlarına nəzarət orqanında qeydiyyatdan keçmiş lotereyalardan pul şəklində əldə edilən uduşların 10 manatadək olan hissəsi;
102.1.27. vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi;
102.1.28. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ödənilən maddi yardım (dəstək);
102.1.29. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən zəmanət verilmiş kredit üzrə ödəniş edilməsi hallarında borcalanların borclarının ödənilməsinin nəticəsi kimi əldə edilən gəlirləri;
102.1.30. mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi;
102.1.31. mikro və ya kiçik sahibkarlıq subyekti olan və fərdi sahibkar kimi fəaliyyət göstərən startapların "Startap" şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir – 3 il müddətinə;
102.1.32. KOB klasterin iştirakçısı olan fərdi sahibkarın KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi – 7 il müddətinə;
102.1.33. "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) haqqı ödənilən ictimai işlərə cəlb etdiyi işçilərinin bu fəaliyyətlə əlaqədar gəlirləri."
1.37.6. 102.2.5-ci maddədə "(ərlərinin)" sözündən sonra "və övladlarının" sözləri əlavə edilsin;
1.38. 103.1-ci maddəyə "müəssisələr" sözündən sonra ", habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları" sözləri əlavə edilsin;
1.39. 104-cü maddə üzrə:
1.39.1. 104.1-ci maddənin ikinci cümləsinə "gəlirləri” sözündən sonra ", o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti" sözləri və "xərc" sözündən sonra "(vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa)" sözləri əlavə edilsin;
1.39.2. aşağıdakı məzmunda 104.6-cı maddə əlavə edilsin:
"104.6. Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən mənfəətdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.";
1.40. 106-cı maddə üzrə:
1.40.1. 106.1.4-cü maddədə "və yerli özünüidarəetmə orqanlarının" sözləri ", yerli özünüidarəetmə orqanlarının və dövlətin adından yaradılan publik hüquqi şəxslərin" sözləri ilə əvəz edilsin;
1.40.2. 106.1.5-ci maddədə ", maliyyə bazarlarına nəzarət orqanının, icbari tibbi sığorta xidmətləri göstərən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun, dövlət adından yaradılan səhiyyə (tibb) müəssisələrinin" sözləri "ipoteka kreditləşməsi və sahibkarların aldıqları kreditlərə təminat verilməsi sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;
1.40.3. 106.1.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
"106.1.7. təhsil müəssisələrinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti – mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla;";
1.40.4. 106.1.14-cü maddədə "5" rəqəmi "10" rəqəmləri ilə əvəz edilsin;
1.40.5. 106.1.17-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 106.1.18-ci – 106.1.24-cü maddələr əlavə edilsin:
"106.1.18. paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi – 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.
106.1.19. vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi;
106.1.20. mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi;
106.1.21. KOB klaster şirkətinin mənfəəti – KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə;
106.1.22. KOB klasterin iştirakçısı olan hüquqi şəxsin KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi mənfəətin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi – 7 il müddətinə;
106.1.23. mikro və ya kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəəti – 3 il müddətinə;
106.1.24. "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) haqqı ödənilən ictimai işlərin təşkili ilə bağlı fəaliyyətdən əldə etdiyi gəlir.";
1.40.6. aşağıdakı məzmunda 106.9-cu və 106.10-cu maddələr əlavə edilsin:
"106.9. Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən büdcəyə ödənilməli olan mənfəət vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.
Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.
106.10. Bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.";
1.41. 109.8-ci maddəyə "qəbz" sözündən sonra "(bu Məcəllənin 16.1.11-6.1-ci – 16.1.11-6.3-cü maddələrində nəzərdə tutulan şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları istisna olmaqla)" sözləri və "malların" sözündən sonra "(işlərin, xidmətlərin)" sözləri əlavə edilsin;
1.42. 110-cu maddənin mətni aşağıdakı redaksiyada verilsin:
"110.1. Xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablama metodundan istifadə edildikdə ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.
110.2. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslərdən alınmış borclar üzrə əməliyyatlara bu Məcəllənin 14-1-ci maddəsinin müddəaları tətbiq edilir.
110.3. Bu maddənin digər müddəalarından asılı olmayaraq, xaricdən alınan borclar (xarici banklar və kredit təşkilatları tərəfindən verilmiş, habelə xarici birjalarda ticarət olunan istiqrazlar üzrə borclar istisna olmaqla) vergi ödəyicisinin xalis aktivlərindən (kapitalından) iki dəfədən çox olduğu halda, borcun xalis aktivdən (kapitaldan) iki dəfədən çox olan hissəsinə görə hesablanmış faizlərin gəlirdən çıxılmasına yol verilmir. Bu maddənin müddəaları rezident banklara və kredit təşkilatlarına aid edilmir.";
1.43. 111.3-cü maddəyə "asılı olaraq" sözlərindən sonra "maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada" sözləri və "məbləğləri" sözündən sonra "vergitutma məqsədləri üçün" sözləri əlavə edilsin;
1.44. aşağıdakı məzmunda 114.3-1-ci və 114.3-2-ci maddələr əlavə edilsin:
"114.3-1. Mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilən amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.
114.3-2. Kiçik sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən olunmuş amortizasiya normalarına 1,5 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.";
1.45. 116-cı maddə üzrə:
1.45.1. 116.1-ci maddəyə “sığortalının” sözündən sonra "və təkrarsığortalının" sözləri əlavə edilsin;
1.45.2. 116.2-ci maddəyə "sığorta müqavilələri əsasında" sözlərindən sonra "vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən hesablayıb" sözləri əlavə edilsin;
1.46. aşağıdakı məzmunda 121.3-cü maddə əlavə edilsin:
"121.3. Bu Məcəllənin 157.3.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlər, habelə bu Məcəllənin 114-cü və 115-ci maddələrində nəzərdə tutulan amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilmir.";
1.47. aşağıdakı məzmunda 122.4-cü maddə əlavə edilsin:
"122.4. Cəmiyyətin fəaliyyəti zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir və bu zaman bu Məcəllənin 122.1-ci maddəsi ilə ödəmə mənbəyində vergi tutulur.";
1.48. 124.4-cü maddədə "(yaşayış fondu istisna olmaqla)" sözləri "(sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla)" sözləri ilə əvəz edilsin;
1.49. 125.1.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
"125.1.5. bu Məcəllənin 125.1.1-ci – 125.1.4-cü, 125.1.6-cı – 125.1.8-ci və 125.1-1-ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələri – 10 faiz;";
1.50. 128.2-ci maddədə ikinci halda "və" sözündən sonra "(və ya)" sözləri əlavə edilsin;
1.51. 140.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"140.1. Bu maddənin məqsədləri üçün maliyyə lizinqinin obyekti əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlakdır. İcarəyə verən maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirsə, vergitutma məqsədləri üçün icarəçi əmlakın sahibi, icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr sayılır. Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər.";
1.52. 145.2.3-cü maddədə "aktivlərin" sözündən əvvəl "bu Məcəllənin 13.2.15-ci maddəsinin müddəaları nəzərə alınmaqla,"sözləri əlavə edilsin;
1.53. 149-cu maddə üzrə:
1.53.1. 149.1.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 149.1.5-ci maddə əlavə edilsin:
"149.1.5. sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları.";
1.53.2. 149.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
"149.3. Vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.";
1.54. 150-ci maddə üzrə:
1.54.1. 150.1.12-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 150.1.13-cü və 150.1.14-cü maddələr əlavə edilsin:
"150.1.13. aşağıdakılar istisna olmaqla, yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar:
150.1.13.1. vergi borcunun ödənilməsi ilə bağlı siyahıya alınmış əmlak;
150.1.13.2. "Banklar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada iflas prosesi çərçivəsində təqdim edilən aktivlər;
150.1.13.3. ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada təqdim olunan qeyri-işlək (toksik) aktivlər;
150.1.13.4. qanunla nəzərdə tutulmuş qaydada üzərinə tələb yönəldilən dövlət əmlakının özəlləşdirilməsi, habelə bələdiyyə əmlakı üzərində mülkiyyət və icarə hüquqlarının özgəninkiləşdirilməsi.
150.1.14. vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsinə görə (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar.";
1.55. 150.3-1-ci maddəyə "Notarius" sözündən sonra "və ixtisaslaşdırılmış hərrac təşkilatları" sözləri əlavə edilsin;
1.56. aşağıdakı məzmunda 150.3-4-cü maddə əlavə edilsin:
"150.3-4. Bu Məcəllənin 150.1.14-cü maddəsində göstərilən şəxslər bu Məcəllənin 101.6-cı maddəsinə uyğun olaraq gəlir vergisini hesablamağa, hesablanmış vergini hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməyə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi forma üzrə bəyannaməni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verməyə borcludurlar.”;
1.57. 154-cü maddə üzrə:
1.57.1. 154.5-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Bu maddənin məqsədi üçün ayrıca şəxs dedikdə birgə sahibkarlıq fəaliyyətinin uçotunu aparan şəxs nəzərdə tutulur.";
1.57.2. 154.6-cı maddəyə "Aksizli" sözündən sonra, "məcburi nişanlama ilə nişanlanmalı” sözləri əlavə edilsin;
1.58. 155-ci maddə üzrə:
1.58.1. 155.1-ci maddədən "ticarət və (və ya)" sözləri çıxarılsın;
1.58.2. 155.3-cü maddədə "olduğu halda," sözlərindən sonra "birgə sahibkarlıq fəaliyyətinin uçotunu aparan şəxs" sözləri əlavə edilsin;
1.59. aşağıdakı məzmunda 156.1-1-ci və 156.1-2-ci maddələr əlavə edilsin:
"156.1-1. Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən və aşağıdakı tələblərə cavab verən şəxslər bu maddə ilə müəyyən edilən hüquqdan istifadə edə bilər:
156.1-1.1. göstərilən xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edən və ödəyən;
156.1-1.2. digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə edilməsi üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirən;
156.1-1.3. göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edən.
156.1-2. Bu Məcəllənin 156.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər yanvar ayının 31-dən gec olmayaraq, ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair ərizəni uçotda olduğu vergi orqanına təqdim edir və həmin şəxslərin ƏDV məqsədləri üçün qeydiyyatı həmin ayın birinci günündən qüvvəyə minir.";
1.60. 157.3.3-cü maddəyə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
"Bu maddənin müddəaları bu Məcəllənin 218.4.1-ci maddəsində göstərilən şəxslərə tətbiq edilmir.";
1.61. 158.1-ci maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
"Bu Məcəllənin 218.4.1-ci maddəsində göstərilən şəxslər ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən 3 il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər.";
1.62. 164-cü maddə üzrə:
1.62.1. 164.1.18-ci maddədə "5" rəqəmi "10" rəqəmləri ilə əvəz edilsin;
1.62.2. 164.1.36-cı maddədə "restrukturizasiya" sözü "rezolyusiyası" sözü ilə əvəz edilsin və həmin maddəyə "təqdim edilməsi" sözlərindən sonra ", habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi" sözləri əlavə edilsin;
1.62.3. 164.1.38-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 164.1.39-cu – 164.1.42-ci maddələr əlavə edilsin:
"164.1.39. sürücü daxil olmaqla 10 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla işləyən avtobusların idxalı – 2020-ci il yanvarın 1-dən 5 il müddətinə;
164.1.40. KOB klaster şirkəti tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə;
164.1.41. yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı;
164.1.42. "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili ilə əlaqədar işçi qüvvəsinin təqdim edilməsi üzrə əməliyyatlar.";
1.63. aşağıdakı məzmunda 165.5-ci maddə əlavə edilsin:
"165.5. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.";
1.64. 175-ci maddə üzrə:
1.64.1. 175.1.3-cü maddənin üçüncü cümləsində "hesabı vasitəsilə" sözləri "hesabına" sözü ilə əvəz edilsin;
1.64.2. 175.4-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.";
1.64.3. 175.6-cı maddənin ikinci cümləsində "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.17-ci maddəsində nəzərdə tutulmuş subsidiyalar istisna olmaqla, dövlət büdcəsindən müxtəlif mənbələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)"sözləri "Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
1.65. 179.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"179.2. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergi və gömrük orqanlarına elektron formada ərizəsini verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılır.";
1.66. 185.2-ci maddənin birinci və ikinci abzaslarına "minik avtomobilləri" sözlərindən əvvəl "avtobuslar,” sözləri əlavə edilsin;
1.67. 190-cı maddə üzrə:
1.67.1. 190.1-ci maddənin səkkizinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda doqquzuncu – on birinci abzaslar əlavə edilsin:
"– energetik (alkoqolsuz və ya alkoqollu) içkilər;
– avtobuslar (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla);
– elektron siqaretlər üçün maye.";
1.67.2. 190.2-ci maddəyə "minik avtomobilləri" sözlərindən əvvəl "avtobuslar," sözü əlavə edilsin;
1.67.3. 190.3-cü maddədə "və tütün məmulatlarına" sözləri ", tütün məmulatlarına, energetik (alkoqollu və alkoqolsuz) içkilərə və elektron siqaretlər üçün mayeyə" sözləri ilə əvəz edilsin;
1.67.4. 190.3.7-ci maddədən "siqarlar, ucları kəsilən siqarlar və" sözləri çıxarılsın;
1.67.5. 190.3.8-ci maddədə "12,0" rəqəmləri "20" rəqəmləri ilə əvəz edilsin;
1.67.6. 190.3.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 190.3.9-cu – 190.3.12-ci maddələr əlavə edilsin:
"190.3.9. alkoqollu energetik içkilər – hər litrinə 2,0 manat;
190.3.10. alkoqolsuz energetik içkilər – hər litrinə 3,0 manat;
190.3.11. siqarlar, o cümlədən ucları kəsilən siqarlar – hər bir ədədinə 1,0 manat;
190.3.12. elektron siqaretlər üçün maye – hər litrinə 20,0 manat.";
1.67.7. aşağıdakı məzmunda 190.3-1-ci maddə əlavə edilsin:
"190.3-1. Bu Məcəllənin 190.3.1-ci – 190.3.10-cu və 190.3.12-ci maddələrində qeyd olunan mallara görə aksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin (miqdarının) hasilinə tətbiq edilməklə hesablanır.";
1.67.8. 190.4-cü maddəyə "idxal olunan" sözlərindən sonra "avtobuslara," sözü əlavə edilsin;
1.67.9. 190.4.1-ci maddənin cədvəl hissəsində "0,20" rəqəmləri "0,30" rəqəmləri ilə, "400" rəqəmləri "600" rəqəmləri ilə, "3" rəqəmi "52 rəqəmi ilə, "3400" rəqəmləri "5600" rəqəmləri ilə, "28" rəqəmi "13" rəqəmləri ilə, "11400" rəqəmləri "18600" rəqəmləri ilə, "20" rəqəmləri "35" rəqəmləri ilə, "31400" rəqəmləri "53600" rəqəmləri ilə və "40" rəqəmləri "70" rəqəmləri ilə əvəz edilsin;
1.67.10. aşağıdakı məzmunda 190.4.1-1-ci və 190.4.1-2-ci maddələr əlavə edilsin:
"190.4.1-1. Avtobuslara görə:
Vergitutma obyektinin adı | Aksizin dərəcəsi |
Avtobuslar: | |
– mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda | Mühərrikin həcminin hər kubsantimetrinə görə – 2 manat |
– mühərrikin həcmi 6000 kubsantimetrədək olduqda | 8000 manat + mühərrikin həcminin 4001 – 6000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 4 manat |
– mühərrikin həcmi 8000 kubsantimetrədək olduqda | 16000 manat + mühərrikin həcminin 6001 – 8000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 6 manat |
– mühərrikin həcmi 10000 kubsantimetrədək olduqda | 28000 manat + mühərrikin həcminin 8001 – 10000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 8 manat |
– mühərrikin həcmi 10000 kubsantimetrdən çox olduqda | 44000 manat + mühərrikin həcminin 10000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 10 manat |
190.4.1-2. Azərbaycan Respublikasına idxal olunan avtobusların istehsal tarixi 1 ildən artıq və ya qət etdiyi məsafə 100000 kilometrdən artıq olduqda, aksiz bu Məcəllənin 190.4.1-1-ci maddəsinə əsasən hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.";
1.68. 193.2-ci maddə ləğv edilsin;
1.69. 194.1-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı malların siyahısı, həmin mallara aksiz markalarının tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.";
1.70. 199-cu maddə üzrə:
1.70.1. 199.1-ci maddədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "dövlətin adından yaradılan publik hüquqi şəxslər (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan əmlaka görə ödənilməli əmlak vergisi istisna olmaqla)" sözləri ilə əvəz edilsin;
1.70.2. 199.9-cu maddədə "5" rəqəmi "10" rəqəmləri ilə əvəz edilsin;
1.70.3. 199.11-ci maddə aşağıdakı redaksiyada verilsin:
"199.11. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş (alınmış, gətirilmiş, istehsal edilmiş, tikilmiş və ya quraşdırılmış) əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır. Bu maddə ilə müəyyən edilmiş azadolma investisiya təşviqi sənədi alınan tarixədək əldə edilmiş və hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən sahibkarlıq fəaliyyətində istifadə edilmiş əmlaklara tətbiq edilmir. Bu maddə ilə müəyyən edilən azadolma investisiya layihəsi çərçivəsində sahibkarlıq fəaliyyətinə cəlb edilən və əvvəllər vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilməyən binalara da şamil edilir.";
1.70.4. aşağıdakı məzmunda 199.12-ci – 199.16-cı maddələr əlavə edilsin:
"199.12. 2019-cu il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisi aşağıdakı şərtlər daxilində vergi ödəyicisinin ərizəsi əsasında qaytarılır və ya onun razılığı ilə sonrakı vergi öhdəliklərinin yerinə yetirilməsinə aid edilir:
199.12.1. hesabat ilində digər vergilər üzrə hesablanmış və ödənilmiş verginin məbləği özəlləşdirilməsi başa çatmış əmlaka görə həmin hesabat ili üçün dövlət büdcəsinə hesablanmış və ödənilmiş verginin məbləğindən az olmasın;
199.12.2. ödənilmiş əmlak vergisinin qaytarılmasına dair ərizə ilə müraciət edildiyi tarixə vergi ödəyicisinin dövlət büdcəsinə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmasın.
199.13. Bu Məcəllənin 199.12-ci maddəsi ilə müəyyən olunmuş güzəşt hüququ eyni əmlaka görə yalnız bir hesabat ili üzrə tətbiq edilir.
199.14. Mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən azaddırlar.
199.15. KOB klaster şirkətləri KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən KOB klaster fəaliyyətində istifadə olunan əmlaklara görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.
199.16. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) qərarına əsasən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi və onun mülkiyyətində (balansında) olan əmlaka görə 2019-cu il yanvarın 1-dən 2 il müddətinə əmlak vergisini ödəməkdən azaddır.";
1.71. 207.1-ci maddə üzrə:
1.71.1. 207.1.2-ci maddədə "maliyyə bazarlarına nəzarət orqanının" sözləri "dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla)" sözləri ilə əvəz edilsin;
1.71.2. 207.1.3-cü maddədə "istehsal fəaliyyətinə cəlb edilməmiş" sözləri "fiziki və hüquqi şəxslərin istifadəsinə verilməmiş" sözləri ilə əvəz edilsin;
1.71.3. aşağıdakı məzmunda 207.6-cı və 207.7-ci maddələr əlavə edilsin:
"207.6. KOB klaster şirkətləri KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə mülkiyyətində və ya istifadəsində olan və KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq vergisini ödəməkdən azad edilirlər.
207.7. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) qərarına əsasən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi və onun mülkiyyətində (balansında) olan torpağa görə 2019-cu il yanvarın 1-dən torpaq vergisini ödəməkdən azaddır.";
1.72. 211.2-ci maddədə "37" rəqəmləri "38" rəqəmləri ilə əvəz edilsin;
1.73. 218-ci maddə üzrə:
1.73.1. 218.1.2-ci maddədən "ticarət və (və ya)" sözləri çıxarılsın;
1.73.2. 218.4.1-ci maddədə "mülkiyyətində" sözündən əvvəl "bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla," sözləri əlavə edilsin;
1.73.3. 218.5.1-ci maddədə "aksizli" sözündən sonra "və məcburi nişanlama ilə nişanlanmalı olan" sözləri əlavə edilsin;
1.73.4. 218.5.2-ci maddədə "kredit və sığorta təşkilatları" sözləri "kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları" sözləri ilə əvəz edilsin;
1.73.5. aşağıdakı məzmunda 218.5.2-1-ci maddə əlavə edilsin:
"218.5.2-1. Bu Məcəllənin 218.5.2-ci və 218.5.10-cu maddələrinin müddəaları icbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentlərinə tətbiq edilmir.";
1.73.6. 218.5.7-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 218.5.8-ci – 218.5.13-cü maddələr əlavə edilsin:
"218.5.8. işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər;
218.5.9. topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər;
218.5.10. vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla);
218.5.11. qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslər;
218.5.12. xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər;
218.5.13. bina tikintisi fəaliyyəti ilə məşğul olan və icbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər.";
1.74. 219-cu maddə üzrə:
1.74.1. 219.7-ci maddədə "5" rəqəmi "10" rəqəmləri ilə əvəz edilsin;
1.74.2. aşağıdakı məzmunda 219.9-cu – 219.11-ci maddələr əlavə edilsin:
"219.9. Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.
219.10. Qanunla müəyyən edilmiş hallarda dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir sadələşdirilmiş vergidən azaddır.
219.11. Bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər sadələşdirilmiş vergidən azaddır.";
1.75. 220-ci maddə üzrə:
1.75.1. 220.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"220.1. Sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır.";
1.75.2. 220.1-1-ci maddədə "aşağıdakı dərəcə ilə hesablanır:" sözləri "8 faiz dərəcə ilə hesablanır." sözləri ilə əvəz edilsin;
1.75.3. 220.1-1.1-ci, 220.1-1.2-ci, 220.2-ci, 220.3-cü və 220.4-cü maddələr ləğv edilsin;
1.75.4. 220.10-cu maddənin cədvəl hissəsinin 1-ci sütununa "aşbaz" sözündən sonra "iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant)," sözləri və cədvəl hissəsinə aşağıdakı məzmunda 7-ci və 8-ci sətirlər əlavə edilsin:
"
Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər |
15 |
Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər | 10 |
"
1.76. 221-ci maddə üzrə:
1.76.1. 221.6-cı maddədə "218.4-cü maddəsində" sözləri "218.1.3-cü və 218.4-cü maddələrində" sözləri ilə əvəz edilsin;
1.76.2. 221.7-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
"İcbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentləri bu fəaliyyətlə yanaşı digər fəaliyyət növləri ilə də məşğul olduqda, həmin müqavilələr üzrə ümumi hasilata sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər.";
1.76.3. 221.8.10-cu maddədən "çek (nəzarət-kassa aparatı çeki istisna olmaqla)," sözləri çıxarılsın.
Maddə 2. Keçid müddəaları
2.1. Bu Qanuna əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.3-cü, 58.7-ci – 58.10-cu, 58.13-cü – 58.16-cı, 60.3.1-ci, 60.3.2-ci və 60.3.4-cü maddələrində müəyyən olunmuş yeni maliyyə sanksiyaları 2019-cu il yanvarın 1-dən bir il müddətində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edildikdən sonra həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı tətbiq edilir.
2.2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan meyarlara cavab verməli və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı nəzarət-kassa aparatlarının tətbiqi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qrafikə uyğun həyata keçirilir.
2.3. Maliyyə lizinqini həyata keçirən vergi ödəyiciləri 2019-cu il yanvarın 1-dək bağlanmış maliyyə lizinqi müqavilələri (lizinq alan qismində hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edən maliyyə lizinqi müqavilələri istisna olmaqla) barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada məlumatı həmin tarixdən 15 (on beş) gün müddətində qeydiyyatda olduqları vergi orqanına təqdim edir.
2.4. 2019-cu il yanvarın 1-dək maliyyə lizinqi müqaviləsini bağlamış və bu Qanunun 2.3-cü maddəsinə uyğun olaraq müəyyən olunmuş formada məlumatı qeydiyyatda olduqları vergi orqanına təqdim etmiş vergi ödəyiciləri tərəfindən həmin müqavilələr üzrə həyata keçirilən əməliyyatlara bu Qanunun 1.51-ci maddəsinin müddəaları tətbiq edilmir. Həmin müqavilələr üzrə əməliyyatlara münasibətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.1-ci maddəsinin 2019-cu il yanvarın 1-dək qüvvədə olan redaksiyası tətbiq edilir.
2.5. Vergi ödəyicilərinin 2019-cu il yanvarın 1-dək bağlanmış maliyyə lizinqi müqavilələri üzrə əldə olunan gəlirləri (mənfəəti) onların ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata dair ərizə vermək öhdəliyi yaradan vergi tutulan əməliyyatlarının həcminə aid edilmir.
2.6. 2019-cu il yanvarın 1-dək ticarət fəaliyyəti ilə məşğul olan və 6 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edən vergi ödəyiciləri həmin tarixdən 15 (on beş) gün müddətində sahibliklərində qalan mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada məlumatı qeydiyyatda olduqları vergi orqanına təqdim edir. Həmin məlumatlar hər bir vergi ödəyicisi tərəfindən bir dəfə təqdim edilir və təqdim edildiyi tarixdən 3 (üç) iş günü müddətində düzəlişlərin edilməsi istisna olmaqla, həmin məlumatların dəqiqləşdirilməsinə yol verilmir.
2.7. Bu Qanunun 2.6-cı maddəsinə uyğun olaraq təqdim edilən məlumatlar malların uçota alınmasını təsdiq edən ilkin uçot sənədi hesab edilir və həmin mallara münasibətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci və 58.8.3-cü maddələrinin müddəaları tətbiq edilmir.
2.8. Bu Qanunun 2.6-cı maddəsinə uyğun olaraq məlumat təqdim etmiş vergi ödəyiciləri tərəfindən sahibliklərində qalan malların təqdim edilməsi zamanı ƏDV 2019-cu il aprelin 1-dək həmin malların alış qiyməti ilə satış qiyməti arasındakı fərqdən hesablanır.
2.9. Vergi orqanı bu Qanunun 2.6-cı maddəsinə uyğun olaraq təqdim edilmiş məlumatların həqiqiliyinin yoxlanılması məqsədilə vergi ödəyicisi tərəfindən bəyan olunmuş malların saxlandığı obyektlərə vergi orqanının qərarına əsasən baxış keçirə bilər. Baxış vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həyata keçirilir. Baxışın nəticələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada aktla rəsmiləşdirilir.
2.10. Bu Qanunun 1.22.2-ci maddəsi 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
2.11. Bu Qanunun 1.6.2-ci və 1.23.2-ci maddələri "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslərlə bağlı ediləcək dəyişikliklərlə eyni gündə qüvvəyə minir.
2.12. Bu Qanunun 1.23.9-cu maddəsi (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.15-ci maddəsinə münasibətdə) kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
2.13. Bu Qanun (1.6.2-ci, 1.22.2-ci, 1.23.2-ci və 1.23.9-cu (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.15-ci maddəsinə münasibətdə) maddələr istisna olmaqla) 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 noyabr 2018-ci il.