“Dövlət satınalmaları haqqında” yeni Qanunun tətbiqi ilə bağlı onlayn seminar keçiriləcək

2024.02.09 16:42 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Dövlət satınalmaları haqqında” yeni Qanunun tətbiqi ilə bağlı seminar keçiriləcək. Seminar elektron formatda “Zoom” platforması üzərindən təşkil ediləcək.

Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov, şöbə müdirinin müavinləri Zəminə Əliyeva və Elşən Həsənov təlimçi qismində çıxış edəcəklər. Seminarda yeni Qanun və onun icrasından irəli gələn normativ hüquqi aktların izahı veriləcək, mövzu ilə əlaqədar iştirakçıların sualları cavablandırılacaq.

Dövlət Xidməti sahibkarlıq subyektlərini, dövlət satınalan təşkilatlarının təmsilçilərini və digər maraqlı tərəfləri seminarda iştiraka dəvət edir.

Tarix: 19 fevral 2024-cü il, saat 18:00

Seminar müddəti: 2 saat

Format: elektron, “Zoom” vasitəsilə

Seminarda iştirak etmək üçün linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz: https://forms.gle/iUQ6QW5dVZZeS4Ly6

Son qeydiyyat tarixi 18 fevral 2024-cü ildir.