Bağlanmış əmək müqavilələrinin sayı 1,8 milyondan çoxdur

2024.02.09 11:42 (UTC+04:00)

5 ilə yaxın bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 414,1 min vahid artıb və 2024-cü ilin fevral ayının 1-nə 1.816.008 olub. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 364.533 artaraq 904.455-ə çatıb.