Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 11,2 faiz artıb

2024.02.09 11:27 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

İndiyədək ölkə ərazisində 95.907 ədəd yeni nəsil NKA quraşdırılıb. Belə kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2024-cü ilin yanvar ayı ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 1,7 milyard manatdan artıq olub ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 174,6 min manatdan, yaxud 11,2 faizdən çoxdur.