4Sİ Akademiyasında yeni Rəqəmsal nişan erası

2024.02.09 10:22 (UTC+04:00)

4Sİ Akademiyası layihəsi çərçivəsində yeniliyə start verilir. Layihə istifadəçiləri “Coursera” plaformasında təqdim olunan 8 müxtəlif istiqamət üzrə ən azı 2 kursu bitirdikdə Rəqəmsal nişan ilə təmin olunacaqlar.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin məlumatına görə, həmin 8 istiqamət aşağıdakılardır:

- Application and Web Development

- Süni İntellekt

- Big Data

- Cloud Computing

- Rəqəmsal Transformasiya

- İnkişaf etməkdə olan Texnologiyalar

- Generativ Süni İntellekt

- STEM

Rəqəmsal nişan istifadəçinin nailiyyətlərinin vizual təsviri kimi təqdim olunur və o, öz uğurlarını sosial media profillərində (Facebook, Linkedin və s.), CV-lərdə və digər peşəkar platformalarda paylaşmaq imkanı əldə edəcək.

Coursera nişanları 4Sİ Akademiyası istifadəçilərinə öz bacarıq və biliklərini işəgötürənlərə, həmkarlarına və həmyaşıdlarına nümayiş etdirmək üçün bir imkan təqdim edir.