Rusiyanın “S7 Airlines” aviaşirkəti 2024-cü ilin yazında Novosibirskdən Bakıya uçuşlara başlayacaq.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı aviaşirkətin məlumatına istinadən xəbər verir ki, ilk reys martın 7-nə planlaşdırılıb. Ayın sonuna kimi uçuşlar həftədə bir dəfə cümə axşamı günləri həyata keçiriləcək. Aprel ayından başlayaraq reyslər həftədə iki dəfə, çərşənbə və bazar günləri baş tutacaq.