2024-cü ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 519 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 95 faizi fiziki, 5 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 21 faiz artıb.
Yanvar ayında kommersiya qurumlarının 44 faizi elektron qaydada, 56 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.