Naxçıvanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin işgüzar əlaqələrinin genişləndirilməsi və tərəfdaşlığın inkişafı istiqamətində tədbirlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu ilin yanvar ayında Naxçıvanın 10 şirkəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə iki sərgidə - “Iraq Fair” və “Green Week Berlin 2024”də iştirak edib.
"Made in Azerbaijan" vahid ölkə stendində Naxçıvanın duz, limonad və mineral suları, qənnadı məmulatları, kişmiş, meyvə şirələri, enerji içkiləri, ət konservləri və digər məhsulları nümayiş olunub.
Sərgi çərçivəsində Naxçıvan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, məhsul ixracına dair müzakirələr aparıblar.