2023-cü il ərzində Azərbaycanın Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilə nisbətdə 34,4 faiz və ya 7,89 milyon ABŞ dolları artaraq 30,8 milyon dolları üstələyib.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən il Azərbaycandan Səudiyyə Ərəbistanına 4,9 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin göstəricisindən 50,5 faiz və ya 1,6 milyon dollar çoxdur.
Səudiyyə Ərəbistanından Azərbaycana idxal edilən məhsulların dəyəri isə 31,7 faiz və ya və ya 6,2 milyon dollar artaraq 25,9 milyon dollar təşkil edib.
2023-cü ilin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Səudiyyə Ərəbistanı ilə ticarətin payı 0,06 faiz təşkil edib ki, bu da bir il öncəki eyni göstəricini 0,02 faiz bəndi üstələyir.