İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fevralın 6-da təşkil edilən növbəti hərracda 19 nəqliyyat vasitəsi satılıb.
Dövlət Xidmətindən verilən məlumata görə, hərrac rəqabətli keçib. Belə ki, “Hyundai Getz” markalı avtomobilin start qiyməti 1275 manat olsa da, son təklif 7800 manata yüksəlib. İlkin qiyməti 6750 manat olan “Mercedes Benz Vito” isə 9500 manata özəlləşdirilib.
Bu hərracda satılan əmlaklar üzrə dövlət büdcəsinə 91075 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/38afiC linki vasitəsilə tanış olmaq olar.
Cari ay üzrə növbəti hərraclar 20 və 27 fevral tarixlərində keçiriləcək. Hərraclara 117 nəqliyyat vasitəsi, 4 səhmdar cəmiyyətinin səhm paketi və 1 kiçik dövlət müəssisəsi çıxarılacaq.