"Reuters" agentliyinin məlumatına əsasən, Türkiyədə büdcə kəsirinin ilin ilk beş ayında 225 faiz artmasından sonra iqtisadiyyatda daha böyük pozulmaların qarşısını almaq məqsədilə Xəzinə və Maliyyə Nazirliyi gəlir vergisi başda olmaqla, bəzi vergiləri artırmağa hazırlaşır. Təkliflər paketinə illik gəlirləri 1 milyon lirədən artıq olanların ödəyəcəyi verginin 50 faizə yaxın səviyyəyə çatdırılması və ultra lüks əmlaka yüksək vergi qoyulması ilə bağlı bəndlər ictimaiyyət tərəfindən də maraqla qarşılanıb.