İşçi xəstələndikdə hansı halda müavinət almaq hüququ var?

2024.02.06 12:48 (UTC+04:00)

1. Mülki-hüquqi müqavilə əsasında çalışanlar

Belə müqavilələr əsasında iş və ya xidmət icra edən şəxslər işçi hesab edilmir. Bu şəxslərlə münasibətlər Mülki Məcəllə ilə tənzimlənir və bu şəxslər işçi yox, icraçı hesab edilirlər. Mülki hüquqi müqavilə (xidmət müqaviləsi) əsasında çalışan şəxslər müəyyən xidmət haqqı qarşılığında onlara həvalə olunan işi icra edirlər. Onların müəyyən olunmuş iş vaxtı yoxdur. Müəyyən zaman kəsiyində müqavilə predmetinə uyğun olaraq işi təhvil verməlidirlər. Bu baxımdan, onların xəstəlik səbəbindən bir və ya bir neçə gün işi icra etməməsi problem yaratmır. Yəni onların xəstəlik səbəbindən olmasa belə iş yerinə gəlməsi ilə bağlı xüsusi bir qanuni tələb yoxdur (əgər müqavilədə xüsusi norma müəyyən edilməmişdirsə). Xidmət müqaviləsi əsasında çalışan şəxslərin müəyyən olunmuş işi şəxsən yerinə yetirməsi də vacib deyil. Müqavilə üzrə öhdəlik götürülmüş iş icraçının əməkdaşları və ya müvəkkil etdiyi şəxslər tərəfindən də yerinə yetirilən bilər.

2. Qeyri - rəsmi çalışanlar

Təəssüf ki, müəyyən sahələr üzrə qeyri-rəsmi məşğul şəxslər də var. Bu şəxslərin qanunvericilikdə müəyyən olunmuş bir çox hüquqları pozulur. Belə hüquqlardan biri də onların xəstələndikləri dövrdə, yəni əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövründə qanunvericilikdə müəyyən olunmuş müavinət almaq hüququndan məhrum olmasıdır. Belə şəxslər xəstələndikləri dövrdə çalışdığı iş yerinin rəhbərliyinin icazəsi ilə bir neçə günlük işdən azad oluna bilər. Bu, hər bir halda həmin işəgötürənin şəxsi yanaşmasına bağlı bir məsələdir. Bu dövrdə, yəni xəstəlik səbəbindən şəxsin işdə olmadığı dövrdə bəzi iş yerləri həmin dövr üçün ödəniş ödədikləri kimi, bəzi iş yerləri isə işləmədiyi müddət üçün ödəniş etməyə bilərlər.

3. Əmək müqaviləsi əsasında çalışan şəxslər

Əmək Məcəlləsi və digər qanunvericilik aktlarında əmək müqaviləsi əsasında çalışan şəxslər üçün bir sıra güzəşt və imtiyazlar müəyyən olunub. Bunlara işəgötürən tərəfindən zəruri əmək şəraitinin yaradılması, işçinin illik məzuniyyət hüququ, gündəlik iş vaxtına dair tələb, həftələrarası istirahət günləri, minimum əməkhaqqına dair tələb, sosial sığorta və icbari sığorta olunması və sair bir sıra imtiyazları misal göstərə bilərik. Belə imtiyazlardan biri də Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"də müəyyən olunmuş əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı müavinət almaqla evdə qalmaq hüququdur. Bu müavinət əmək müqaviləsi əsasında çalışan işçinin əməkhaqqından qanunvericlikdə müəyyən olunmuş formada tutulan məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Bu sosial sığorta haqları hesabına işçinin Əsasnamədə müəyyən olunmuş digər müavinətləri də almaq hüququ vardır.

Bəs xəstələndiyi halda hansı qaydada işçi əmək funksiyasının icrasından azad edilərək müalicə alır və müəyyən olunmuş formada ona müavinət ödənilir?

Bu müavinətin ödənilməsi üçün aşağıdakılar gözlənilməlidir:

Bəs xəstəliyə görə müavinət necə hesablanır?

Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır.
Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.

Misal: Fərz edək ki, işçi 22 dekabr 2022-cü il tarixdə əmək qabiliyyətini itirib və 21 fevral 2023-ci il tarixdə tibb məntəqəsindən müvafiq sənəd (bülleten) təqdim edib. İşçinin əmək stajının 12 il, son 12 aylıq əməkhaqqı məbləğinin aylar üzrə aşağıdakı şəkildə olduğunu nəzərə alaq:

­­Ay­lar

­­Ay­da­kı iş gün­lə­ri

­­İş­lə­di­yi iş gün­lə­ri

Əməkhaq­qı (manat)

Yan­var

23

23

1.100

Fev­ral

21

21

1.100

Mart

20

20

1.100

­­Ap­rel

21

21

1.100

May

20

20

1.100

­İyun

15

15

1.100

­İyul

22

22

1.100

­­Av­qust

21

21

1.100

Sent­yabr

16

16

1.100

­­Okt­yabr

23

23

1.100

No­yabr

20

20

1.100

De­kabr

21

21

1.100

240

240

13.200

Qeyd et­diyimiz kimi, müa­vi­nə­tin ilk 14 gü­nü üçün ödə­niş işə­gö­tü­rə­nin he­sa­bı­na, qa­lan günlər üçün isə so­si­al sı­ğor­ta haqq­la­rı he­sa­bı­na DSMF tə­rə­fin­dən olu­nur.

İş­çi­nin əmək sta­jı 12 il ol­du­ğu üçün ona qa­zan­cın 100 fai­zi miq­da­rın­da müa­vi­nət verilə­cək.

Əv­vəl­ki 12 ay­lıq dövr­də ne­çə iş gü­nü­nün ol­duğunu tapaq. Fərz edək ki, bu dövr­də olan iş gün­lə­ri­nin sa­yı 240 gün­dür (bu istehsalat təqviminə əsasən müəyyən olunur). Son 12 ayın qa­zan­cı­nı 12 ay­da­kı iş gün­lə­ri­nin sa­yı­na bö­lə­rək bir iş gü­nü­nə dü­şən gündə­lik qa­zan­cı hesablayaq:

13200 : 240 = 55 manat

Da­ha son­ra ilk 14 gün­də ne­çə iş gü­nü ol­dğunu mü­əy­yən­ləş­dir­ək. Fərz edək ki, qeyd edi­lən müd­dət­də 10 iş gü­nü var. De­mə­li, işə­gö­tü­rən tə­rə­fin­dən ödə­ni­lən müa­vi­nə­tin miq­da­rı 550 manat olacaq:

10 x 55 = 550 manat.

So­si­al sı­ğor­ta ödə­niş­lə­ri he­sa­bı­na olan ödə­niş, qa­lan 16 gün­də 12 iş gü­nü ol­du­ğu­nu qə­bul et­sək, 660 manat olacaq:

12 x 55 = 660 manat.

Misalımızda işçinin əmək sta­jı 12 il ol­du­ğu üçün ona he­sab­lan­mış qa­zan­cın 100 fai­zi ödə­nil­ib. Əgər əmək sta­jı 6 il ol­say­dı, he­sab­lan­mış qa­zan­cın 60 fai­zi miq­da­rın­da ödəniş olmalı idi.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı hallarda verilmir: