Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 3 milyard 518,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,6 faiz artaraq 4 milyard 523,1 milyon manata çatıb. İstehlak məhsullarının 27,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
2019-cu ilin yanvar-may aylarında paytaxtda iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,5 faiz artaraq 369,3 milyon manat olub. Dövriyyənin 43,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 56,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Bu ilin ilk beş ayı ərzində hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə keçən ilin müvafiq dövrünə nisbətən 17,6 faiz azalaraq 159,8 milyon manat təşkil edib.