Naxçıvanda heyvandarlığın inkişafı layihəsinə güzəştli kredit verilib

2024.02.06 09:55 (UTC+04:00)

2024-cü ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu kiçik və orta biznesin inkişafına dəstək tədbirlərini davam etdirib.

Fonddan verilən məlumata görə, sahibkarlar İftixar Məmmədov və Mütəlim Yaqubov heyvandarlığın inkişafı layihəsi üzrə 59 min manat güzəştli kredit əldə edib. Layihə Şərur və Culfa rayonlarında icra olunacaq.