Qazaxıstan Azərbaycan üzərindən neft nəqlini artırmağı planlaşdırır

2024.02.05 17:34 (UTC+04:00)

Qazaxıstan iki il ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə neft tranzitinin həcmini 3 milyon tona çatdırmağı planlaşdırır.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Qazaxıstan hökumətinin məlumatına istinadən xəbər verir ki, 2023-cü ildə bu marşrutla 1 milyon ton neft nəql edilib. Cari ildə bu göstəricinin 1,5 milyon tona çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, TBNM Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Qara dənizdən keçərək Avropaya qədər uzanır. TBNM Assosiasiyasına 8 ölkədən 20 şirkət daxildir.