Viski və konyak istehsalında artım qeydə alınıb

2024.02.05 16:43 (UTC+04:00)

2023-cü ilin nəticələrinə görə, ölkədə 310,5 min dekalitr (dkl) viski və konyak istehsal edilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2022-ci ilin göstəricisi ilə müqayisədə istehsal 3,2 dəfə və ya 214,5 min dkl artıb.

Ötən ilin noyabr ayı ilə müqayisədə isə dekabrda istehsal həcmində 21,8 faiz və ya 8 min dkl artım qeydə alınıb. Dekabr ayında 44,7 min dkl viski və konyak istehsal olunub. Bu ilin yanvar ayının 1-nə hazır məhsul ehtiyatı 52,7 min dkl təşkil edib.