"Dövlət ehtiyatları haqqında" Qanun təsdiq edilib

2024.02.02 16:35 (UTC+04:00)

Prezident İlham Əliyev "Dövlət ehtiyatları haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərinə uyğun olaraq dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.