Kərkük-Bakı-Kərkük marşrutu üzrə uçuşlar həyata keçiriləcək

2024.02.02 18:26 (UTC+04:00)

İraqın milli aviadaşıyıcısı Heydər Əliyev Beynəlxalq Aeroportuna daha bir istiqamətdə müntəzəm reyslər yerinə yetirməyə başlayır.

Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, 2 fevral tarixindən etibarən “Iraqi Airways” həftədə bir dəfə Kərkük-Bakı-Kərkük marşrutu üzrə uçuşlar həyata keçirəcək.

Xatırladaq ki, Azərbaycan və İraq paytaxtları arasında ilk birbaşa reys 2023-cü il noyabrın 19-da həyata keçirilib.