2023-cü il ərzində Dövlət Məşğulluq Agentliyi tərəfindən 41 538 gənc münasib işlərlə təmin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, il ərzində 3 minədək gənc üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb.
Bununla yanaşı, 5005 gənc peşə hazırlığı kurslarına cəlb olunub və əsasən gənclərdən ibarət 281 539 şəxsə peşəyönümü məsləhət xidmətləri göstərilib.