Beynəlxalq Maliyyə Korporasiyasının iqlim biznesi üzrə qlobal direktoru, COP üzrə tapşırıqlar qrupunun rəhbəri Cemi Fergüsson ilə qurumla ölkəmiz arasında əməkdaşlığın gündəmində olan məsələlər müzakirə edilib.
Sosial şəbəkə hesablarında bu barədə məlumat verən iqtisadiyyat naziri Mikayıl Cabbarov bu məsələlərin nədən ibarət olduğunu açıqlayıb:
– Yaşıl enerjiyə keçidin və enerji təhlükəsizliyinin dəstəklənməsi;
– Korporasiya ilə COP29 üzrə əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi;
– Dövlət-özəl tərəfdaşlığının təşviqi.