İşğaldan azad edilmiş ərazilərdə 7 sahibkarlıq subyektinə kredit verilib

2024.02.02 12:30 (UTC+04:00)

2022-2023-cü illər ərzində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 7 sahibkarlıq subyektinə 14,4 milyon manat kredit verilib.

Bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev deyib.

Onun sözlərinə görə, 1 sahibkarlıq subyektinə kənd təsərrüfatı, 6 sahibkarlıq subyektinə isə sənayenin müxtəlif sahələri üzrə kredit ayrılıb. 3 sahibkarlıq subyektinə kredit 2022-ci, 4-nə isə 2023-cü ildə verilib.