Növbəti ildən etibarən qadın sahibkarların təşəbbüsü ilə süs (bəzək) istehsalı üzrə fəaliyyət göstərəcək bir neçə kiçik fabrikin yaradılması planlaşdırılır.
Bu barədə "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva deyib.
Onun sözlərinə görə, xammal istehsalı kifayət qədər inkişaf etsə də, aksesuarların istehsalı sahəsi istənilən səviyyədə deyil: “Növbəti ildən etibarən bir sıra sahələrin inkişafı nəzərdə tutulur ki, bunlardan biri də aksesuarların istehsalı sahəsi olacaq. Bu məqsədlə bir neçə kiçik fabrikin yaradılması nəzərdə tutulur”, - S.Babayeva qeyd edib.