Qaymaq və xama istehsalı artıb

2024.02.01 09:45 (UTC+04:00)

2023-cü il ərzində ölkədə 9 044,7 ton qaymaq və xama istehsal edilib ki, bu da bir il öncəki göstəricini 12,6 faiz və ya 1 009,8 ton üstələyir.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin noyabr ayı ilə müqayisədə isə dekabrda məhsul istehsalında 2 faiz və ya 16,2 ton artım qeydə alınıb.

Dekabr ayında 806,1 ton qaymaq və xama istehsal olunub.