Betona dair yeni dövlət standartları qəbul edilib

2024.01.31 18:15 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS EN 206:2024 “Beton. Xüsusiyyət, istismar, istehsal və uyğunluq” və AZS ГОСТ 10180:2024 “Betonlar. Yoxlama nümunələri əsasında möhkəmliyin təyini üsulları” yeni dövlət standartları qəbul edilib.

İnstitutdan verilən məlumata görə, AZS EN 206:2024 “Beton. Xüsusiyyət, istismar, istehsal və uyğunluq” dövlət standartı inşaat sahəsində hazırlanan konstruksiyalar üçün nəzərdə tutulmuş betonlara, yığma dəmir-beton konstruksiyalar, habelə, tikililər və mülki inşaat konstruksiyaları üçün yığma konstruktiv dəmir-beton məhsullarına şamil olunur.

AZS ГОСТ 10180:2024 “Betonlar. Yoxlama nümunələri əsasında möhkəmliyin təyini üsulları” dövlət standartı betonun sıxılmada möhkəmlik həddi, ox üzrə, parçalanmada və əyilmədə dartılma sınaqlarında betonun xüsusi hazırlanmış sınaq nümunələrinin dağıdıcı qısamüddətli statistik yükləmə yolu ilə təyini üsullarını müəyyən edir.