Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) rəhbərliyi Dünya İqtisadi Forumunun (DİF) Enerji və Materiallar Mərkəzinin (EMM) nümayəndələri ilə onlayn görüşüb.
Mərkəzdən verilən məlumata görə, görüşdə 4SİM-in icraçı direktoru Fariz Cəfərov qurumun DİF ilə əməkdaşlıq layihələrinin cari durumu barədə məlumat verib.
Öz növbəsində DİF-in Enerji və Materiallar Mərkəzinin strateji inteqrasiya rəhbəri Olivia Zeydler Dünya İqtisadi Forumunun 4Sİ Mərkəzlər Şəbəkəsinin enerji sahəsindəki təşəbbüsləri haqqında təqdimat edib.
Tərəflər daha sonra gündəlikdə olan cari məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.