Ötən il Azərbaycanın strateji valyuta ehtiyatları 68,5 milyard dollar olub

2024.01.31 16:25 (UTC+04:00)

Ötən il Azərbaycanın strateji valyuta ehtiyatları 17 faiz artaraq ilin sonuna 68,5 mlrd. dollara çatıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

AMB sədri valyuta ehtiyatlarında 29,1 faiz artım müşahidə olunduğunu qeyd edib. (AZƏRTAC)