Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği təsdiqlənib

2024.01.31 12:28 (UTC+04:00)

Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləğinin, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləğinin və birdəfəlik ödənişin həcminin təsdiq edilməsi haqqında” Qərar qəbul edib.

Qərara əsasən, “Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği”, “Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi” təsdiq edilib.

Həmçinin “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası” təsdiq edilib. Bu Qərar 2024-cü il fevralın 1-dən qüvvəyə minir.