Mərkəzi Bank uçot dərəcəsini 7,75 faizə endirib

2024.01.31 10:26 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0,25 faiz bəndi azaldılaraq 7,75 faizə endirilib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı AMB-nin yaydığı məlumata istinadən xəbər verir ki, bankın qərarına əsasən, faiz dəhlizinin aşağı həddi 6,5 faizdən 6,25 faizə, yuxarı həddi isə 9 faizdən 8,75 faiz səviyyəsinə endirilib.

Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında vəziyyət nəzərə alınmaqla verilib.

Bu qərar 1 fevral 2024-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il mart ayının 28-də açıqlanacaq.