2023-cü il ərzində ölkədə 3 725,4 min ton həcmində sement istehsal edilib.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, bir il öncəki göstəricini 4,6 faiz və ya 171,4 min ton üstələyir.
Hesabat ilində ölkədən 50,15 milyon ABŞ dolları dəyərində 874,5 min tondan çox hazır və ya klinker formasında sement ixrac edilib ki, bu da 2022-ci ilin göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 43,6 faiz və ya 15,22 milyon dollar, həcm baxımından isə 20,6 faiz və ya 149,6 min ton çoxdur. 2023-cü ildə sementin ümumi ixracda xüsusi çəkisi 0,15 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,5 faizə bərabər olub.