İqtisadiyyat Nazirliyi ilə İslam İnkişaf Bankı arasında Anlaşma Memorandumu imzalanıb

2024.01.30 16:09 (UTC+04:00)

İslam İnkişaf Bankının prezidenti cənab Məhəmməd Süleyman Əl-Casir ilə videokonfrans formatında keçirdiyimiz görüşdə "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı arasında Azərbaycan üçün Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin hazırlanmasına dair Anlaşma Memorandumu”nu imzaladıq.

Bu haqda məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov verib.

"Sənədin icrası tərəflər arasında əməkdaşlığın və ölkəmizin sosial-iqtisadi inkişaf hədəfləri istiqamətində birgə fəaliyyətin gücləndirilməsinə töhfə verəcək. Həmçinin görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinin gündəliyində yer alan məsələlər ətrafında fikir mübadiləsi apardıq", - nazir qeyd edib.