Azərbaycanda dövlət əmlakının icarəsi tariflərinin azaldılması ilə bağlı hökumətə ünvanlanan təkliflər müvafiq razılaşdırma mərhələsindədir.
Bunu 2023-cü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bildirib.
Onun sözlərinə görə, əsas diqqət tariflərin endirilməsinə yönəlib. Tariflər zonalar üzrə müəyyənləşdiriləcək: "Biz bununla icarə subyektlərinin əhatə dairəsini daha da genişləndirə bilərik. Məbləğ azaldılsa da, nəticə etibarilə onların əhatə dairəsinin genişləndirilməsi sayəsində dövlət büdcəsinə daha çox vəsait daxil olacaq”.