"Bakı Karton və Qutu Fabriki" MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib və bununla da rezidentlərin sayı 39-a çatıb.
Şirkət tərəfindən Sənaye Parkının ərazisində inşaat materiallarının və aqro-sənaye məhsullarının qablaşdırılması üzrə karton kağızın istehsalı fabriki yaradılacaq.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
"İnvestisiya dəyəri 20 milyon manat olan müəssisədə 100 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulur", - nazir əlavə edib.