Böyük Qayıdış çərçivəsində 773 min ha sahədə yerquruluşu işləri aparılıb

2024.01.30 12:06 (UTC+04:00)

Bu ilin 1 yanvar tarixinə olan məlumata görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 773 min ha sahədə yerquruluşu işləri aparılıb.

Bunu 2023-cü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bildirib.

Onun sözlərinə görə, 593 min ha sahədə çöl torpaq tədqiqatları, 996 min ha sahədə laboratoriya işləri, 423 min ha sahədə çöl geobotaniki tədqiqatları aparılıb.

Bu dövrdə işğaldan azad edilmiş ərazilərdə torpaqların istifadəsi ilə bağlı Dövlət Şəhərsalma və Arxirekrura Komitəsindən daxil olmuş 372 müraciətə (11 min ha-a yaxın torpaq sahəsi) müsbət cavab veriıib. Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş 19 müraciətə (2 min ha-a yaxın torpaq sahəsi) razılıq verilib.