2023-cü ildə 245 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib

2024.01.30 11:21 (UTC+04:00)

2023-cü ildə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 115,9 milyon manat vəsait daxil olub.

Bunu 2023-cü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə 245 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib. Bununla yanaşı, 538 nəqliyyat vasitəsi özəlləşdirilib. Ötən ildə 9 səhmdar cəmiyyətin səhmləri satılıb. 2023-cü ildə investisiya layihələri üzrə 10,4 milyon manat investisiya qoyulub, 221 iş yeri yaradılıb.