Ötən il “Kənddən şəhərə” və Bal yarmarkalarında 410 fermerin məhsulu satışa çıxarılıb

2024.01.30 10:55 (UTC+04:00)

2023-cü ildə paytaxtda təşkil olunmuş “Kənddən şəhərə” və Arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış yarmarkalarında 52 bölgədən 410 fermer məhsul satışa çıxarıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yarmarkalarda fermerlər tərəfindən alıcılara 100-dən artıq çeşiddə kənd təsərrüfatı məhsulu təqdim olunub, ümumilikdə 298.5 ton məhsulun satışı həyata keçirilib.

Kiçik və orta fermer təsərrüfat sahibləri ilə yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan, 2-si kooperativ olmaqla 4 hüquqi şəxsin yarmarkada iştirakı təmin edilib.